Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pirallahı rayonunda səsvermə davam edir

Dünən Pirallahı rayonunun seçiciləri də parlament seçkilərində fəallıq və mütəşəkkilliklə iştirak ediblər. Bunu rayonun seçki məntəqələrində apardığımız müşahidələr də sübut etdi. Səhər saatlarından etibarən seçicilər yaşadıqları ərazidəki seçki məntəqələrində azad və sərbəst şəkildə istədikləri namizədə səs veriblər. Məntəqələrdə yerli və xarici müşahidələr səsvermənin gedişinə ciddi nəzarət ediblər.

13 saylı Mərdəkan-Pirallahı dairə seçki komissiyasının sədri Mütəllim Balaqardaşov bildirdi ki, səsvermə səhər saat 8-də başlanıb. Həmin vaxt ərazidəki bütün 39 seçki məntəqəsi işə başlayıb:

– Seçki  dairəsinin ərazisində 46 386 seçici siyahılara daxil edilib. Səhər saat 10-a olan məlumata görə, artıq 4387 seçici məntəqələrə gələrək səsvermə hüququndan istifadə edib. Bu da seçicilərin 9,46 faizi deməkdir. Ümid edirik ki, axşam saatlarına qədər qalan seçicilərimiz də mütəşəkkil qaydada gəlib öz səslərini verəcəklər.

Onun sözlərinə görə, dairə üzrə 18 namizəd mübarizə aparıb. Onların 200-dən artıq vəkili və səlahiyyətli nümayəndəsi seçkilərin gedişini izləyib. Ümumilikdə, 548 müşahidəçi qeydə alınıb. MDB Parlament Assambleyasından olan müşahidəçilər daha fəal iştirak ediblər. 10 məntəqədə veb-kamera quraşdırılıb.

13 saylı seçki dairəsinin 1 saylı seçki məntəqəsində sədr Failə Rüstəmova ilə görüşüb ilkin məlumatları aldıq. O qeyd etdi ki, seçicilərin ümumi sayı 1305 nəfərdir. Səhər saat 10-a qədər 200-dən artıq seçici səsvermədə iştirak edib.

– Seçicilər səhər saatlarından öz səslərini vermək üçün məntəqəyə gəliblər. Məntəqədə istər namizədlərin, istərsə də partiyaların  müşahidəçiləri də əyləşib və səsvermənin gedişini izləyiblər.

Məntəqədə Qazaxıstandan olan MDB müşahidəçiləri ilə də görüşdük. Üç nəfər idilər: Nazgül Hurlitayeva, Qaysa Kapakov və Lyudmila Kabantsova. Nazgül Nurlitayeva məlumat verərək bildirdi:

– Azərbaycanda parlament seçkilərini 20-dən artıq qazaxııstanlı müşahidəçi işləyir. Biz üç müşahidəçi isə 13 və 14 saylı dairələrin ərazisində səsverməni izlədik. Artıq 8 məntəqədə olmuşuq və müşahidələrimizə görə, insanlar sərbəst, azad şəkildə səs verirlər. Heç kəs onlara müdaxilə etmir. Ümumiyyətlə, hələ heç bir qanun pozuntusu ilə qarşılaşmamışıq.

Yerli müşahidəçilərdən Naidə Yusifova da seçkinin demokratik və şəffaf şəkldə davam etdiyini, hər hansı nöqsanın müçahidə edilmədiyini bildirdi.

Günün sonunda dairə komissiyasından aldığımız məlumata görə, səsvermədə seçicilərin   faizi iştirak edib.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

9 Fevral 2020 17:01 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə