Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzər rayonunda seçki mütəşəkkil keçir

Dünən Bakının Xəzər rayonunda Milli Məclisə seçkilər demokratik, azad və sərbəst şəkildə keçirilib. Rayondakı dairə və məntəqə seçki komissiyalarının ərazisində apardığımız müşahidələrdən məlum oldu ki, seçicilər mütəşəkkil qaydada gələrək istədikləri namizədə səs veriblər.

Xəzər rayonundakı 14 saylı dairə seçki komissiyasının sədri İmran Qəmbərov bildirdi ki, ərazidə 37 seçki məntəqəsi üzrə 49 192 daimi seçici qeydə alınıb.

– Səhər saat 10-da məntəqə seçki komissiyalarından dairə komissiyasına göndərilmiş məlumata görə, seçicilərin 13 904 nəfəri seçkidə iştirak edərək öz səslərini verib ki, bu da ümumi seçicilərimizin 26,48 faizi deməkdir. Dairə üzrə qeydə alınmış müşahidəçilərin sayı 476 nəfər, ümumən seçkini müşahidə etmək hüququ olan namizədlərin vəkil və səlahiyyətli nümayəndələrinin sayı isə 634 nəfər olub. Onlar səhər məntəqələr açılandan seçkilərin gedişini izləyiblər. Dairə üzrə 9 deputatlığa namizəd qeydə alınıb. Onlardan 7-si seçkilərə öz təşəbbüsü ilə qoşulub, 2 nəfəri isə partiyalar tərəfindən irəli sürülüb.

Dairə seçki komissiyası sədrinin sözlərinə görə, əksər məntəqələrdə seçicilərin barmaqlarının şəffaf mürəkkəblə rənglənməsi də qəbul olunmuş ümumi qaydada həyata keçirilir.

Sonra 14 saylı dairənini ərazisindəki 4 saylı seçki məntəqəsində olaraq səsvermə prosesinin gedişi ilə tanış olduq. Burada məntəqə komissiyasının sədri Təranə Qurbanova bildirdi ki, ərazidəki seçicilərin sayı siyahı üzrə 1447 nəfər, səhər saat ona qədər səs verənlərin sayı isə 117 nəfər olub.

Onun sözlərinə görə, məntəqə səhər saat 8-də tələb olunan qaydalara uyğun açılıb, seçki qutuları komissiya üzvlərinin və müşahidəçilərin iştirakı ilə bağlanıb, qutuların şəffaflığı, səsvermə kabinələrinin seçkiyə tam hazırlığı hamıya göstərilib.

Məntəqədə müşahidəçi qismində iştirak edən Milli Demokrat Partiyasının  müşahidəçisi Gülşən Qafarova, İslahatlar Partiyasının müşahidəçisi Günel Əliyeva, eləcə də müstəqil müşahidəçi Sabir Şeydayev səhər saatlarından etibarən məntəqədə səsvermənin gedişini izlədiklərini, seçici fəallığının normal olduğunu, saat 10-a qədər səsvermənin gedişində heç bir nöqsan qeydə alınmadığını, qanun pozuntusuna yol verilmədiyini bildirdilər.

Günün sonunda dairə komissiyasından aldığımız məlumata görə, səsvermədə seçicilərin      faizi iştirak edib.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

9 Fevral 2020 17:00 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə