Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fevralın 9-da respublika ərazisinə qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə fevralın 9-da ölkə ərazisində yağıntı qara keçib, bəzi yerlərdə intensiv qar yağıb.

Düşən qarın miqdarı: Qəbələdə 29 mm (aylıq normanın 52 %-i), Lənkəran, Sarıbaşda 25 mm, Xınalıqda 23 mm, Kişçay (Şəki), Göyçay və Astarada 22 mm, Gədəbəydə 21mm, Qrızda 21 mm, Oğuzda 19 mm, Xaltanda 17 mm, Daşkəsəndə 15 mm, Şəkidə 15 mm, Beyləqan və Qubada 14 mm, Zaqatalada 13 mm, Kürdəmir, Qusarda 12 mm, Daşkəsəndə 11mm, Nabran,Yardımlıda 10 mm, Altıağac, Lerik, Göygöldə 9 mm, Ağdam, Tərtər, Kirən (Tovuz), Cəfərxanda 8 mm, Ordubad, Ağdərə (Ordubad), Balakən, İmişlidə 7 mm, Bərdədə 6 mm, Şahbuzda 5 mm, Şabranda 4 mm, Biləsuvar, Mərəzədə 3 mm, İsmayıllı, Xaçmazda 2 mm, Şamaxı, Tovuz, Şəmkir, Gəncə, Naxçıvan, Şərur, Sədərək, Neftçala, Zərdab, Mingəçevirdə 1mm olub.

Bakıda və Abşeron yarımadasında Zabrat və Maştağada 6 mm, Bakıda 3 mm, Sumqayıt, Neft Daşları, Pirallahı, Çilov adasında 1 mm olub.

Əmələ gələn qar örtüyünün hündürlüyü Ağdərə, Xınalıqda 43 sm, Sarıbaşda 42 sm, Şahdağ, Qrızda 40 sm, Altıağacda 36 sm, Xaltanda 35 sm, Kişçayda 30 sm, Qəbələdə 29 sm, Göygöldə 28 sm, Daşkəsəndə 27 sm, Oğuzda 23 sm, Qusarda 20 sm, Şəkidə 18 sm, Göyçayda 17 sm, Zaqatalada 16 sm, Beyləqan, Gədəbəy HMS, Göygöl Hacıkənd HMS-da 15 sm, Göygöldə 14 sm, Gədəbəy, Kirən (Tovuz), Qubada 11 sm, Şahbuz, Göygöl (Hacıkənd), Lerik, Balakən, Bərdə, Ordubad, Mərəzə, Xaçmaz, Nabran, Şabran, Tərtər, Şərur, Naxçıvan, Naftalan, Gəncə, Ağdamda 1-10 sm olub.

Şimal-qərb küləyi arabir Pirallahı və Maştağada 35 m/s, Bakıda 30 m/s, Ələtdə 28 m/s, Qum adası, Neft Daşlarında 27 m/s, Sumqayıtda 24 m/s, Çilov adasında 22 m/s, Zabratda 21 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6 metrə çatıb.

Havanının minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, aran rayonlarında 0-2° şaxta, dağlıq rayonlarda 5-8°, yüksək dağlıq rayonlarda 15-18° şaxta, Naxçıvan MR-da 0-5° şaxta olub.

“Xalq qəzeti”

9 Fevral 2020 16:12 - EKOLOGİYA
EKOLOGİYA
7 May 2021 | 17:27
Sabaha olan hava PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə