Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qırğızıstan MSK rəhbəri: Azərbaycanda layiqli namizədin azad şəkildə seçilməsi üçün bütün şərait yaradılıb

Parlament seçkilərini müşahidə edən Qırğızıstan Mərkəzi Seçkilər və Referendumlar Komissiyasının sədri Nurjan Şayldabekova bildirib ki, Azərbaycanda layiqli namizədin azad şəkildə seçilməsi üçün bütün şərait yaradılıb.

Səsvermə prosesində seçki standartlarına tam əməl olunduğunu vurğulayan Şayldabekova deyib: “Seçki mübarizəsinə qatılan namizədlər öz proqramlarını təqdim etmək və seçicilərin səsi uğrunda rəqabət aparmaq üçün bərabər imkanlara malik olmalıdır. Azərbaycanın seçki nümunəsində biz seçki məntəqələrində namizədlər barədə ətraflı məlumatı, namizədlərin sayının artmasını görürük. Bu da ölkədə siyasi plüralizmin qorunduğunu göstərir. Bizi sevindirən odur ki, seçkilərin subyekti təkcə partiyalar deyil, həm də öz təşəbbüsü ilə iştirak edən vətəndaşlardır. Namizədlərin 2/3-nin öz təşəbbüsü ilə iştirak etməsi onu göstərir ki, vətəndaşlar öz hüquqlarından fəal istifadə edir. Bunun sayəsində seçim azadlığı genişlənir və bu da istənilən ölkənin seçki sistemində müsbət tendensiyadır. Biz azərbaycanlı həmkarlarımızın, seçkilərin təşklilatçılarının və Azərbaycan vətəndaşlarının adına sevinirik. Hesab edirik ki, vətəndaşların azad şəkildə layiqli namizədi seçə bilmələri üçün bütün şərait yaradılıb”.

“Xalq qəzeti”

9 Fevral 2020 15:36 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə