Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan İtaliya mediasında

İtaliya mediasında bu gün Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri geniş işıqlandırılır.

“Tiscali News” nəşrində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri yer alıb. Prezidentin köməkçisi ölkə başçısının dəyişikliklərinin Azərbaycanın islahatlara ehtiyacından irəli gəldiyini söyləyib. O,  ölkəyə ötən əsrin qaydalarına və standartlarına uyğun şəkildə rəhbərlik etməyin mümkün olmadığını, irəli hərəkət etməyin lazım olduğunu açıqlayıb.

H.Hacıyev bildirib: “Bu seçkilərdən yeni simaların, Prezidentin islahat prosesini dəstəkləyəcək innovativ ideyalı gənclərin üzə çıxacağını gözləyirik”.

İtaliyanın  digər bir nəşri “Aska News” isə yazır ki, növbədənkənar seçkilər Prezident Administrasiyasında və Nazirlər Kabinetində başlamış modernləşmə ölkənin siyasi, iqtisadi və sosial həyatında aparılan islahatlar çərçivəsində dövlət strukturlarında nəsil dəyişikliyi prosesinin konsolidasiyası məqsədi daşıyır.

Səadət RZAYEVA,
“Xalq qəzeti”

9 Fevral 2020 15:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə