Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərişıq” seçki məntəqələrinin elektriklə fasiləsiz təminatı üçün ehtiyat tədbirləri görüb

“Azərişıq” ASC növbədənkənar parlament seçkiləri ilə bağlı hava şəraitini nəzərə alaraq əvvəlcədən bütün ehtiyat tədbirlərini görüb.

ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, ASC rəhbərliyi iki gün əvvəl gözlənilən kəskin hava şəraiti və seçki məntəqələrinin elektriklə fasiləsiz təminatı ilə bağlı xüsusi müşavirə keçirib. Bütün ölkə üzrə əməkdaşlar gücləndirilmiş iş rejiminə keçib: "Ölkə üzrə müşahidə olunan güclü külək, dağlıq rayonlarda yağan qar bəzi yerlərdə elektrik şəbəkəsində qəzaları qaçılmaz edir. Əməkdaşlarımız həmin qəzaları operativ olaraq aradan qaldırmağa çalışıblar. Eyni zamanda, seçki məntəqələrində fasiləsiz elektrik təchizatını təmin etmək üçün əvvəlcədən bütün rayonlara çoxsaylı ehtiyat generatorlar da göndərmişik. Qəzalar baş verəndə dərhal ehtiyat generatorlar işə salınır”.

Xalq qəzeti

9 Fevral 2020 15:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə