Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda 94 yaşlı seçici adını tarixə yazdırdı

Bakının Nəsimi rayonu ərazisində 94 yaşlı kişi səs verib.

Məlumata görə, 1926-cı il təvəllüdlü Yusif Əzizov Milli Məclisə seçkilərlə əlaqədar 21 saylı Nəsimi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsində səsvermədə iştirak edib.

94 yaşlı Y.Əzizov 21 saylı Nəsimi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, 21 saylı Nəsimi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsində 90 yaşdan yuxarı cəmi bir seçici qeydə alınıb. Bu məntəqənin seçici siyahısında 1 217 nəfərin adı var.

Məntəqə 247 saylı tam orta məktəbin binasında yerləşir.

Elşən AĞALAR,
“Xalq qəzeti”

9 Fevral 2020 14:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə