Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müşahidəçilər: kənar müdaxilə qeydə alınmayıb

8 saylı Binəqədi birinci seçki dairəsinin 4-cü məntəqəsində  səsverməni izləyərkən orada hər cür şəraitin yaradıldığını, veb-kamera quraşdırıldığını müşahidə etdik. Məntəqə seçicilərin səs verməsi üçün bütün zəruri avadanlıqla təmin olunub. Məntəqə seçki komissiyasının sədri Dilbər Səmədovanın  bu sahədə xeyli təcrübəsi var. Uzun illərdir ki, məntəqəyə sədrlik edir. Əvvəllər məntəqənin yerləşdiyi 166 saylı uşaq bağçası-körpələr evinin müdiri olub. Yaşı ilə əlaqədar işdən ayrılmasına baxmayaraq, etimad göstərib, iş bacarığını nəzərə alıb məntəqəyə rəhbərliyi ona həvalə ediblər. Bildirir ki, səs vermək üçün ərazidən 1453 seçici qeydə alınıb. Səsverməyə buraxılan 14 namizəddən 1 nəfər  seçiləcək. Məntəqədə səs verəcək seçicilərdən 10 nəfərinin yaşı 80-dən yuxarı, ilk dəfə səs verənlərin sayı üçdür.

Məntəqə seçki komissiyasının sədri öncədən lazımi hazırlıq işlərinin aparıldığını və seçicilərin öz səsvermə hüquqlarından heç bir problemlə üzləşmədən istifadə etdiklərini bildirdi. Müxtəlif siyasi və ictimai təşkilatları təmsil edən 14 müşahidəçi seçkinin gedişini izləyir. Müşahidəçilər – Dilarə Abdullayeva (MDHP), Fəridə Yunusova (YAP),  Elvira Sərdarova (BAXCP), Naibə Babayeva (ADİP)  seçki prosesinin normal keçdiyini, hər hansı qanun pozuntusu və kənar müdaxiləni qeydə almadıqlarını bildirdilər.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti” 

9 Fevral 2020 14:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə