Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Həm seçici, həm də könüllü müşahidəçiyəm”

Ölkədə keçirilən hər seçkidə olduğu kimi builki parlament seçkilərində də bütün əlil vətəndaşların, yataq xəstəsi olan, bu səbəbdən, ümumən seçki günü səhhətinə görə seçki  məntəqəsinə gedə bilməyən seçicilərin də hüquqlarının reallaşdırılması üçün müvafiq işlər görülüb. Həmin seçicilərin daşınan seçki qutuları  vasitəsilə yaşadıqları evdə səs vermələri təmin olunub. Seçki məntəqələrində, yəni əlil arabasında olan seçicilərin yaşadıqları ərazidəki  bütün məntəqələrdə onlar üçün pandusların quraşdırılması, digər imkanların yaradılması təmin edilib. Hazırda elə bir seçki məntəqəsi yoxdur ki, orada əlil arabasından istifadə edən seçicilərin səs verməsi üçün şərait yaradılmasın.  

8 saylı Binəqədi birinci seçki dairəsinin 4-cü məntəqəsində müşahidə etdiklərim həmin fikirləri bir daha təsdiqlədi. Səsvermədə öz təşəbbüsü ilə müşahidəçi kimi iştirak edən sağlamlıq imkanı məhdud Rüxsarə Zeynalova bildirdi ki, həm də bu ərazidən seçicidir.  Ona yaxınlaşıb daşınan seçki qutusu ilə bağlı müraciət edib-etmədiyini soruşdum. R.Zeynalova dedi:

– Mən ərazidəki “Əlillər evi”ndə yaşayıram. Binamız Respublika Əlilləri Reabilitasiya Mərkəzinin arxasındadır. Buradan, çox olsa, 600--700 metr məsafədədir. Bilirəm ki, müraciətlərə əsasən orada yaşayan əlillərin səsvermədə iştirakı üçün binaya daşınan seçki qutusu gətirilib. Amma məntəqəyə gəlib kütlə arasında olmaq, səsvermədə elliklə iştirak etmək bir ayrı məsələdir. Bizim binada əsasən, Qarabağ uğrunda savaşda iştirak edənlər yaşayırlar. Ayaq itirənimiz, qoldan əlil olanımız var. Vətən torpağının müdafiəsində can qoyub əlil olanlara həmin evi dövlət verib. Hər il reabilitasiya mərkəzində müalicə alırıq. Ona görə də bizə bu yaşayışı, şəraiti yaradan dövlət başçımızın iradəsi ilə keçirilən bütün kampaniyalarda ürəklə iştirak edirik. İstər prezident seçkisi olsun, istər parlament, istərsə də bələdiyyə, fərq etməz. Bütün seçkilərdə mənə göstərilən qayğı, diqqətin müqabilində mən də məntəqədə səs verməyi özümə borc bilirəm.

R Zeynalova sonda bu məntəqədə illərdir ki, səsvermədə iştirak etdiyini dedi. Könüllü müşahidəçi kimi hələ bu vaxta qədər bir dəfə olsa bu seçki məntəqəsində qanun pozuntusuna rast gəlmədiyini vurğuladı.

Zərifə Bəşirqızı,
“Xalq qəzeti”

9 Fevral 2020 14:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə