Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müşahidəçi Boris Belodubrovski: İsraildə olmayan maraqlı məqamları müşahidə etdim

İsrailli müşahidəçi, jurnalist Boris Belodubrovski bildirib ki, İsrail seçkilərin keçirilməsində Azərbaycanın təcrübəsindən yararlana bilər.

Boris Belodubrovski qeyd edib ki, sakinlər vətəndaşlıq borcunu yerinə yetirmək üçün seçki məntəqələrinə həvəslə gəlir. Üç həftə sonra İsraildə də seçkilər olacaq və bununla əlaqədar ölkə seçki prosesində digər dövlətlərin təcrübəsindən yararlana bilər: “Mən burada İsraildə olmayan maraqlı məqamları müşahidə etmişəm. Məsələn, girişdə seçicilərin barmağını xüsusi maye ilə işarələyən şəxs. Bizdə belə bir şey yoxdur”.

Belodubrovski seçki barədə təəssüratları və müşahidələri barədə danışıb: “Mən seçicilərdən biri ilə söhbət etdim. O, öz vətəndaşlıq borcunu yerinə yetirdiyini dedi və bildirdi ki, ölkədəki vəziyyətə təsir göstərə bilmək, parlamentin formalaşmasında iştirak etmək üçün bu hüququndan istifadə edir”.

“Xalq qəzeti”

9 Fevral 2020 13:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə