Ən son xəbərlər
Parlament seçkilərində müşahidəçilik aparan Türkiyənin Yüksək Seçim Kurulu sədri Müharrem Akkaya bildirib ki, bir neçə gündür ki, Azərbaycandayıq. Həm seçkiyə hazırlıq prosesini, həm də növbədənkənar parlament seçkilərində səsvermənin gedişini izləyirik. Bir neçə məntəqədə müşahidə apardıq.
Müharrem Akkaya deyib: "Seçki prosesi də, səsvermə də tam normaldır. Bütün lazımi şərait yaradılıb. İlk dəfədir ki, Azərbaycanda seçki prosesini izləyirəm. Seçki prosesində heç bir maneçilik yoxdur. Havaların soyuq olmasına baxmayaraq seçici fəallığı da müşahidə edirik. Azərbaycan qardaş ölkədir, biz bu ölkədə özümüzü yad hesab etmirik. Bütün məntəqələrdə müşahidələrimizi davam normaldır. Məntəqələrdə kameralar quraşdırılıb və kiminsə prosesə mane olmaq imkanı yoxdur".
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə