Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATƏT DTİHB müşahidə missiyasının rəhbəri: “Hazırda seçki prosesini qiymətləndiririk”

АTƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri, səfir Peter Teyler bildirib ki, biz işimizə yanvarın 30-da başlamışıq. Bir həftə sonra isə uzunmüddətli xidmət komandası gəldi. Bizim ölkə ərazisində 13 komandamız var. Onlar müşahidəyə başlayıblar. Bundan əlavə, 80 parlament üzvümüz  müşahidə aparır.

P. Teyler qeyd edib ki, birinci qiymətləndirmənin nəticələri sabah günorta keçiriləcək mətbuat konfransında elan ediləcək. Biz seçki prosesini seçki günündən əvvəl, seçki günü ərzində və seçki günündən sonra izləyirik. Seçkidən sonra səslər sayılır, daha sonra isə 125 dairə seçki komissiyasının təqdim etdiyi məlumatlar cədvəl şəklində tərtib edilir: “Bundan sonra şikayətlərin və müraciətlərin araşdırılmasına müəyyən müddət ayrılır. Qısamüddətli müşahidəçilər və parlamentarlar seçki günündən cəmi bir neçə gün sonra ölkəni tərk edirlər, lakin biz - əsas heyət və uzunmüddətli müşahidə missiyası ölkədə qalırıq”.

“Xalq qəzeti”

9 Fevral 2020 12:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə