Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirus SARS-ı keçdi

Çində yüzlərlə insanın həyatına son qoyan koronavirus (NCP) ölüm sayına görə SARS-ı keçib. Türkiyə KİV-i məlumat verir ki, 2002-2003-cü illərdə SARS virusundan dünyada 774 nəfər ölüb. 

2019-cu il dekabrın 12-də Çinin Uhan şəhərində kütləvi şəkildə yayılan epidemiya nəticəsində ölkədə 813 nəfər ölüb, 37198 nəfər isə virusa yoluxub. Onlardan 6188 nəfərinin vəziyyəti ağırdır. Bundan başqa, 28 942 nəfərin koronavirusa yoluxmaqda şübhəli sayılır, daha 188183 insan isə müşahidə altındadır. Eyni zamanda 2656 yeni yoluxma faktı qeydə alınıb. Bu səbəbdən bir çox ölkə Çindən və epidemiyanın yayıldığı vilayətdən vətəndaşlarını təxliyə edib.

Virus Çin də daxil olmaqla 28 ölkədə aşkarlanıb. Artıq Çin Milli Səhiyyə Komitəsi isə kod adı 2019nCoV virusu olan "Yeni koronavirus pnevmaniyası" (NCP) adlandırıb. ÜST isə epidemiyanın yayılması ilə əlaqədar beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib.

Səadət RZAYEVA,
“Xalq qəzeti”

9 Fevral 2020 11:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə