Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MDB Müşahidə Missiyasının rəhbəri: “MSK seçkilərin şəffaf, azad və demokratik keçirilməsi üçün çox böyük iş görüb”

MDB Müşahidə Missiyasının rəhbəri Viktor Quminski bildirib ki,  “Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin şəffaf, azad və demokratik keçirilməsi üçün çox böyük iş aparıb”.

Quminski qeyd edib ki, MDB Müşahidə Missiyasının tərkibinə 8 ölkədən 250 müşahidəçi daxildir. Ukrayna və Ermənistandan missiyanın tərkibində nümayəndə yoxdur: “Bizim missiyaya MDB Parlamentlərarası Assambleyası və İcraiyyə Komitəsindən də nümayəndələr daxildir. Yanvarın 19-dan işə başlamışıq, nümayəndələrimiz indiyədək ölkənin 20-dən çox regionunda olub. Mən özüm isə Quba və Şamaxıda olmuşam. Aydın görünür ki, MSK və aşağı seçki komissiyaları seçkilərin mütəşəkkil, azad və demokratik keçirilməsi üçün lazımı səviyyədə iş aparıb. Komissiyalar öz işini yaxşı bilir, hər şey qanun əsasında həyata keçirilir”.

Missiya rəhbəri parlament seçkilərində deputatlığa namizədlərin sayının çoxluğunun diqqət çəkdiyini vurğulayıb. Bu ona görədir ki, ölkədə qanunvericilik orqanına etimad artır, vətəndaşlar Azərbaycanın taleyinə biganə deyillər: “MSK-nın və dairə seçki komissiyalarının işi milli qanunvericiliyə əsaslanır. Biz regionlarda olarkən buna əmin olduq. Bu gün məntəqələrin açılışında iştirak etdik. Çox böyük iş görülüb”.

“Xalq qəzeti”

9 Fevral 2020 10:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə