Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nizami rayonu: Seçki demokratk şəraitdə keçirilir

“On altı ildir ki, dairə seçki komissiyasına sədrlik edirəm. Seçki prosesində kifayət qədər təcrübəm var. İndiyədək iştirakçısı olduğum seçkilərdə qanunvericiliyin bütün tələblərinə ciddi riayət olunub. Seçkilər keçirilən zaman dairəmizin əhatəsindəki seçki məntəqələrinə gələn beynəlxalq müşahidəçilərin hamısı razı qalıb. Bütün bunlar seçkiöncəsi hazırlıq işlərinin yüksək səviyyədə qurulmasının nəticəsidir. Bugünki parlament seçkilərinin demokratik, azad və ədalətli, şəffaf keçirilməsi də bunu təqsdiqləyir”.

25 saylı Nizami II dairə seçki komissiyasının sədri Heydər Vəliyev bu fikirləri  parlament seçkilərinin gedişinə münasibət bildirərkən səsləndirdi.  Dedi ki, dairə üzrə 45 min 824 seçici 33 seçki məntəqəsində səs verəcək. Səsvermə başlanandan seçki məntəqələrinə baş çəkdiyini deyən DSK sədri bütün işlərin Seçki Məcəlləsinə uyğun həyata keçirldiyini bildirdi:  “10 seçki məntəqəsinə veb - kamera quraşdırılıb. 500-ə yaxın müşahidəçi üçün əlverişli şərait yaradılıb. Bir neçə məntəqədə beynəlxalq müşahidəçi ilə rastlaşdım. Onların müşahidə apardıqları  müddətdə  heç bir insident, qanun pozuntusu baş vermədi. Əminəm ki, seçkinin sonuna qədər belə bir hal baş verməyəcək. Çünki seçicilərə  heç kim təsir etmir, onları kimsəyə səsvermyə  yönəldən yoxdur. “Exit-poll” keçirənlər üçün də  əlverişli şərait yaradılıb. Ölkəmiz daha bir siyasi kampaniyanını demokratik şəraitdə başa vurmaq ərəfəsindədir”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

9 Fevral 2020 09:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Fevral 2021 | 06:34
Tərtərdə elmi-praktik seminar

Köhnə versiyamızdan xəbərləri izlə