Ən son xəbərlər
“Ölkəmizdə keçirilən seçkilər beynəlxalq aləmdə həmişə böyük maraqla qarşılanır. Cəmi 30 ilə yaxın müstəqillik tarixi olan bir ölkədə keçirilən seçkilər demokratik və şəffaflığına görə inkişaf etmiş dövlətlərə nümunə kimi göstərilir. Bu, hər bir azərbaycanlıda qürur hissi yaradır. Bugwnki parlament se,kil’ri d’ bunu bir daha təsdiqləyir. Seçki məntəqəsinin qapısı açılan vaxtdan bir dəqiqə də osun dayanmamaız yoxdu. Seçicilər sanki səsvermə gününü səbirsizliklə gözləyirlərmiş Mən uzun illərdir ki, məntəqə seçki komissiyasının sədriyəm. İnanın ki, birinci dəfədir ki, parlament seçkilərində belə canlanma, yüksək əhval –ruhiyyə görürəm. Bunu müşahidəçilər də təsdiqləyirlər”.
Bu fikirləri ı 62 saylı Saatlı seçki dairəsinin 4 saylı məntəqə seçki komissiyasının sədri Çingiz Fətullayev bildirdi. Dedi ki, məntəqə üzrə 641 nəfər səs verəcək. Onlar üçün hər cür şərait yaradılıb. Seçicilər heç bir çətinliklə üzləşmədən sərbəst şəkildə səs verirlər. 8 seçici kabinəsi normal vəziyyətdədir. Aşkarlığın təmin ounması məqsədilə veb-kamera da quraşdırılıb. Bu vaxta qədər heç bir qanun pozuntusu baş verməyun.
Ç. Fətullayev dedi ki, məntəqə seçki ilə əlaqədar bütün zəruri ləvazimatla təmin olunub: “Müşahidəçilər üçün münasib yer ayrılıb. Məntəqəmiz həm də yaşı 80-dən çox olan seçicilərin səsverməyə özlərinin gəlmələri ilə də diqqəti cəlb edir. İndiyədək seçki məntəqəsinə daşınar qutu ilə səs vermək istəyən kimsə müraciət etməyib. Əminəm ki, parlament seçkiləri yüksək səviyyədə, demokratik, şəffaf keçəcək, seçicilərin etimadını ən layiqli namizəd qazanacaq Ölkəmizin tarixinə daha bir demokratik seçki yazılacaq”.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə