Ən son xəbərlər
17 saylı Yasamal III seçki dairəsinin 8 saylı məntəqəsində böyük canlanma var. Seçicilər axın-axın gəlir və heç bir problemlə qarşılaşmadan istədikləri namizədə səs verirlər. Məntəqə seçki komissiyasının sədri Mehparə Babayeva bildirdi ki, hər şey Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun aparılır. Seçkinin gedişinə müdaxilə, seçicilərə təzyiq və təhdid müşahidə olunmur.
Söhbət əsnasında məlum oldu ki, seçki məntəqəsində 1320 səs verəcək. Seçici siyahısı məntəqənin müafiq yerindən asılıb. Hər bir seçici öz adını tapdıqdan və sıra nömrəsini müəyyənləşdirdikdən sonra məntəqəyə yaxınlaşır. Daşınan qutu ilə əlaqədar müraciət daxil olmayıb . Yaşından asılı olmayaraq hər bir seçici səsvermədə şəxsən iştirak edir.
M.Babayeva dedi ki, hazırlıq işləri yüksək səviyyədə aparıldığından heç bir problemlə üzləşmirik. Gördüyünüz kimi, seçki prosesi yüksək əhval ruhiyyə ilə davam edir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə