Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yasamal: seçici fəallığı yüksək səviyyədədir

“Seçki məntəqəsinin qapısı açılan vaxtdan səsverməyə gələnlərin ardı-arası kəsilmir. Seçici fəallığı  yüksəkdir.  Müşahidəçilər üçün əlverişli şərait yaradılıb. Səsvermə çox sakit, qanun çərçivəsində davam edir. Seçicilərin barmağı gözə görünməyən mürəkkəblə  işarələnir, bənövşəyi iampa ilə yoxlanılır, sonra səsvermə bülleteni verilir”.

Bu sözləri  17 saylı Yasamal III seçki dairəsinin 2 saylı məntəqə seçki komissiyasının sədri Mədinə Nəbiyeva dedi.

Həmsöhbətim bildirdi ki, builki seçkilərdə səs verəcək 770 seçicinin siyahısı hazırlanaraq, müvafiq yerdən asılıb. Seçicilər həmin siyahıda adlarını tapa bilmədikdə nəzarətçilər və komissiya üzvləri onlara kömək edir.  Adları olmayanlar üçün heç bir problem yoxdur. Onlar şəxsiyyətini təsdiq edən sənədi verməklə səsvermə hüququna malik olurlar.  Gördüyünüz kimi,  seçki əntəqəsi bütün zəruri avadanlıqla təchiz edilib.  Mərkəzi Seçki Komissiyası tərəfindən maarifləndirmə məqsədilə hazırlanmış təlimat və kitabçalar mübahisəli məsələlərin aradan qaldırılmasında böyük rol oynayır: “Bu vaxta qədər heç bir narazılığın olmaması seçkinin ədalətli, azad və demokratik şəraitdə keçməsindən xəbər verir. Ümid edirik ki,  seçki prosesi demokratik şəraitdə başa çatacaq.  Bu da seçkiöncəsi hazırlıq işlərinin yüksək səviyyədə aparılmasının nəticəsidir. Əminəm ki, əvvəlki illərdə olduğu kimi, bu seçkilərdə də həm yerli, həm də beynəlxalq müşahidəçilər şəffaf, azad və obyektiv seçkinin şahidi olacaqlar”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

9 Fevral 2020 09:48 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə