Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

46 saylı Şirvan seçki dairəsində seçkini 660 yerli müşahidəçi izləyir

46 saylı Şirvan seçki dairəsində 34 Məntəqə Seçki Komissiyası fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 43417 nəfərdir.

Dairədə deputat mandatı uğrunda 11 namizəd mübarizə aparır. Onlardan 3 nəfərin namizədliyi siyasi partiyalar (YAP, ADP və Müsavat) tərəfindən irəli sürülüb.

Seçki prosesini 660 yerli müşahidəçi, o cümlədən siyasi partiyalardan 139, namizədlər tərəfindən 219, QHT-lərdən 35 nümayəndə izləyir. Eyni zamanda ATƏT-in Rusiya və Norveçdən olan nümayəndələri və MDB müşahidəçiləri də dairədə müşahidə aparırlar. 12 seçki məntəqəsində VEB kamera quraşdırılıb. DSK üzrə 7 və 10 saylı seçki məntəqələrinin çıxışında “İnsan hüquqları XXI əsr Azərbaycan Fondu” və  “OpinionWay” (Fransa) təşkilatları, 29 saylı məntəqənin çıxışında isə “Rəy” Monitorinq Mərkəzi  “exit-poll” həyata keçirir.

“Xalq qəzeti”

9 Fevral 2020 09:20 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə