Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün Azərbaycan Milli Məclisinə seçkilər keçirilir

Fevralın 9-da səhər saat 08.00-da Azərbaycanın bütün ərazisində Milli Məclisə seçkilər başlayıb.

Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqədə keçirilir. Məntəqələrdə 5 milyon 329 min 460 seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb. Məntəqələrə 5 milyon 387 min 600 seçki bülleteni paylanılıb.

Parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparır. 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 1057 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 beynəlxalq təşkilatı təmsil edirlər. Qeydiyyatdan 77 min 790 yerli müşahidəçi keçib. Onlardan 35 min 152-si siyasi partiyaların, 2737-si isə QHT-lərin nümayəndələridir. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Parlament seçkilərinin gedişini 47 ölkədən 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandıracaq.

İnformasiya Mərkəzinin informasiya zalından saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da “Seçkilər” seçkilərin gedişinə dair məlumatlar yayımlanacaq. Səsvermə saat 19:00-da başa çatacaq.

“Xalq qəzeti”

9 Fevral 2020 08:30 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə