Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda seçkiqabağı vəziyyət əcnəbilərin gözü ilə

Bakıya parlament seçkilərini işıqlandırmaq məqsədilə gəlmiş pakistanlı jurnalistlərdən ibarət nümayəndə heyətinin üzvü, “Pakistan in the World” informasiya agentliyinin redaktoru Tazin Əxtar bildirib ki, Parlament seçkilərinin maksimum azad və ədalətli keçirilməsini təmin etmək üçün Mərkəzi Seçki Komissiyası tərəfindən bütün zəruri tədbirlər görülüb.

Tazin Əxtar qeyd edib ki, seçkilər maneəsiz baş tutacaq, çünki bütün namizədlər və partiyalar barədə məlumatlar internetdə açıq şəkildə yerləşdirilib.

Pakistanın “Daily National Herald Tribune” informasiya agentliyinin baş redaktoru Riaz Malik seçkilərin Azərbaycanın gələcək inkişafına və çiçəklənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib: “Ölkədə seçkilərin maksimum azad və ədalətli keçirilməsi üçün müxtəlif tədbirlər görülüb. Azərbaycan xalqı ölkəsində demokratiyanın möhkəmlənməsi üçün öz vətəndaş borcunun icrasına böyük həvəslə köklənib”.

Pakistanın “HUM News” xəbər agentliyinin aparıcısı Şiffa Zakria Yusifzai qeyd edib ki, Azərbaycan KİV-ləri bütün namizədlərə eyni cür diqqət ayırır: “Mənə KİV-lərin seçkiləri necə işıqlandırdığı maraqlı idi. Onların sözlərinə görə, bütün namizədlərə eyni diqqət ayrılır. Onlar namizədlərlə müsahibələr keçirir, namizədlərin planları barədə yazırlar”.

Amerikalı ekspert Piter Teys seçkilərin bütün ölkə ərazisində dinc və demokratik mühitdə keçiriləcəyinə əmin olduğunu bildirib: “Bu parlament seçkiləri Azərbaycanın müasir tarixində vacib səhifədir. Azərbaycan hökumətinin iqtisadi artımın saxlanmasında və ölkənin xarici siyasi maraqlarının təbliğində nikbinliyi bu seçkilərdən sonra növbəti zirvəsinə yüksələcək”.

“Xalq qəzeti”

8 Fevral 2020 14:15 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə