Ən son xəbərlər
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 28 sentyabr 2018-ci il tarixində Lənkəran şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Lənkəran rayonu ilə yanaşı, Astara, Lerik rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
Əmlak Məsələləri Dövlət Komitəsinin Lənkəran ərazi şöbəsi:
(02525) 5-15-13, 5-33-57
Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə