Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək

Hərraca ümumilikdə 170 dövlət əmlakı çıxarılıb. Onlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 47-si qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u nəqliyyat vasitəsidir. Özəlləşməyə çıxarılan qeyri-yaşayış sahələrindən 29-u paytaxtda, digərləri isə Sumqayıt, Şirvan, Mingəçevir, Sabirabad kimi şəhər və rayonlarda yerləşir. Ümumi faydalı sahəsi 11,9 kv.m və 213,7 kv.m aralığında olan bu obyektlərin ilkin hərrac qiymətləri müxtəlifdir.

Bakı, Salyan, İsmayıllı, Yevlax, Beyləqan kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Avtomobillərin isə buraxılış tarixləri 2005 və 2007-ci illərdir. Nəqliyyat vasitələri Kia və Daewoo markalarına aiddir.

Bütün kateqoriyalar üzrə hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat komitənin rəsmi saytı (www.emdk.gov.az) və Özəlləşdirmə portalında (www.privatization.az)  yerləşdirilir. İştirak etmək istəyən hər kəs seçdiyi dövlət əmlakının ilkin hərrac  qiymətinin 10%-i miqdarında beh ödəyərək sifarişçiyə çevrilə bilər. Təyin olunan vaxtda istər sifarişçilər, istərsə də ziyarətçilər prosesdə canlı və onlayn formada iştirak edə bilərlər.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər  kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

 

Əlipənah BAYRAMOV, “Xalq qəzeti”

25 Sentyabr 2018 10:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə