Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kiçik tut odlucasının IV nəslinə qarşı mübarizə tədbirləri aparılır

Lənkəran rayon ərazisində kiçik tut odlucasının (Glyphodes pyloalis Walker) IV nəslinə qarşı mübarizə tədbirləri aparılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən 220 hektar sahədə fitosanitar müşahidələr həyata keçirilib və 25 hektar sahədə adıçəkilən zərərverici ilə sirayətlənmə müəyyən edilib.

Lənkəran rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin verdiyi tövsiyyələr əsasında 4 ha sahədə təsərrüfat subyektləri tərəfindən kimyəvi mübarizə tədbirləri aparılıb. Məlumat üçün bildiririk ki, kiçik tut odlucasının kəpənəkləri orta ölçülü (20-23 mm) olub, qızılı-sarı rəngdədir. Kəpənəklərin pupdan uçması və cütləşməsi gecə saatlarında əsasən (21:00-24:00 radələrində) baş verir. Pupdan çıxdıqdan 1 gün sonra cütləşir və yumurta qoymağa başlayırlar. Qidalanmasından asılı olaraq kəpənəklərin ömrü 3-20 gün təşkil edir.

Avqust-sentyabr aylarında III və IV nəsilləri bitkilərə çox ciddi ziyan vururlar. Bir bitki üzərində iki nəslin ard-arda inkişafı, yarpaqların 70-80 faiz yeyilməsinə səbəb olur  və ağacın quruması təhlükəsi yaranır. Payızda çəkil və tut ağaclarının ətrafında tökülmüş yarpaqlarının toplanaraq yandırılması qış ehtiyatının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Yazda, eləcə də odlucanın hər nəslinin kütləvi puplaşması dövründə ağacların gövdə ətrafının 15-20 sm dərinliyində bellənməsi və qurumuş budaqların kəsilib yandırılması yaxşı nəticə verər.

 

Əlipənah BAYRAMOV, “Xalq qəzeti”

25 Sentyabr 2018 10:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə