Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fevralın 6-da gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Fevralın 6-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, cənub-qərb  küləyinin  arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz  15-19, Bakıda  gecə 5-7, gündüz  17-19 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  758 mm civə sütunundan 753 mm civə sütununa  enəcək, nisbi rütubət  gecə 65-75, gündüz 40-50 faiz olacaq.  

Azərbaycanın rayonlarında

Fevralın 6-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. 

Havanın temperaturu  gecə  3-8, gündüz  15-20 dərəcə, bəzi yerlərdə 23 dərəcəyədək isti,  dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  8-13 dərəcə isti  olacaq. 

Tibbi-meteoroloji proqnoz

Fevralın 6-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda güclü gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

5 Fevral 2020 16:36 - EKOLOGİYA
EKOLOGİYA
1 İyul 2022 | 17:55
Sabaha olan hava PROQNOZU
30 İyun 2022 | 17:57
Sabahın HAVA PROQNOZU
29 İyun 2022 | 17:14
Sabahın HAVA PROQNOZU
28 İyun 2022 | 17:07
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə