Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fevralın 5-də gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Fevralın 5-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb  küləyi  gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz  9-14, Bakıda  gecə 5-7, gündüz  11-13 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  758 mm civə sütunundan 762 mm civə sütununa  yüksələcək, nisbi rütubət  gecə 60-70 gündüz 45-50 faiz olacaq.  

Azərbaycanın rayonlarında

Fevralın 5-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. 

Havanın temperaturu  gecə  2-7, gündüz  11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz  4-9 dərəcə isti  olacaq. 

Tibbi-meteoroloji proqnoz

Fevralın 5-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gilavar küləyinin əsməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

4 Fevral 2020 17:39 - EKOLOGİYA
EKOLOGİYA
1 İyul 2022 | 17:55
Sabaha olan hava PROQNOZU
30 İyun 2022 | 17:57
Sabahın HAVA PROQNOZU
29 İyun 2022 | 17:14
Sabahın HAVA PROQNOZU
28 İyun 2022 | 17:07
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə