Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“ÇÖLÇÜ” filminin 2020-ci ildə ilk uğuru

Şamil Əliyevin “ÇÖLÇÜ” filmi yeni zirvələri fəth etməkdə davam edir.

TRIPVILL INTERNATIONAL FILM FESTIVAL 2020  (Hindistan, Kolkata) beynəlxalq kino ekspertlərdən ibarət münsiflər  heyəti Şamil Əliyevin “ÇÖLÇÜ” filmini BEST NARRATIVE FEATURE / AWARD OF EXCELLENCE - ƏN YAXŞI BƏDII FILM / XÜSUSİ MÜKAFAT mükafatlarının qalibi elan etmişdir.

Mükafat SERTİFİKAT və HEYKƏL ilə təsdiq olunur.

TRIPVILL INTERNATIONAL FILM FESTIVAL 2020 yanvar ayının 1-də qalibləri elan etmişdir. Qeyd edək ki, Şamil Əliyevin “Çölçü” filmi, 2020-cil il yanvarın 12-də Hindistanın Kolkata şəhərində tamaşaçılara təqdim olunacaq. Mükafatın təqdimetmə mərasimi də həmin gün baş tutacaqdır

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 59 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafatlara layiq görülüb.

“Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”,  “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Şamil Əliyevin “Çölçü” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında şəkilmişdir.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

7 Yanvar 2020 16:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə