Ən son xəbərlər
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilmələri üçün peşə səviyyəsinin yüksəldilməsi, ədliyyə və prokurorluq orqanları işçilərinin, hakimlərin, digər hüquqşünasların peşə hazırlığının artırılması, habelə cəmiyyətin ixtisaslı hüquqşünas kadrlarına ehtiyacının təmin edilməsi üçün yaradılmış tədris-elm müəssisəsi kimi fəaliyyət göstərir.
Ədliyyə Akademiyası aşağıda adları qeyd olunan baş müəllim və müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan edir:
№ |
Kafedraların adları |
Vəzifənin adı (ştat vahidi ilə) |
|
Məhkəmə hüququ, prokuror və vəkillik fəaliyyəti kafedrası |
baş müəllim 0,5 ştat |
|
Məhkəmə hüququ, prokuror və vəkillik fəaliyyəti kafedrası |
müəllim 3 ştat (ikisi 0,5 ştat, biri 1 ştat) |
|
Mülki hüquq və mülki proses kafedrası |
baş müəllim 2 ştat (hər ikisi 0,5 ştat) |
|
Mülki hüquq və mülki proses kafedrası |
müəllim 0,5 ştat |
|
Konstitusiya və inzibati hüquq kafedrası |
müəllim 0,5 ştat |
|
Konstitusiya və inzibati hüquq kafedrası |
baş müəllim 1 ştat |
|
Cinayət və cəza-icra hüququ, kriminologiya kafedrası |
baş müəllim 2 ştat (biri 1 ştat, biri 0,5 ştat) |
|
Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrası |
baş müəllim 2 ştat |
|
Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrası |
müəllim 2 ştat (hər ikisi 0,5 ştat) |
|
Ədliyyə sahəsində idarəetmə kafedrası |
müəllim 2 ştat (biri 1 ştat, biri 0,5 ştat) |
Qeyd- müsabiqədə iştirak etmək üçün sənədlər bu elan qəzetdə dərc olunan gündən bir ay müddətində qəbul edilir. Təqdim olunması nəzərdə tutulan sənədlərin siyahısı academy-justice.gov.az saytında yerləşdirilmişdir. Müsabiqədə iştirak etmək istəyənlər həmin sənədləri mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim etməlidirlər:
Ünvan- AZ1000, Bakı şəhəri, Vidadi küçəsi 158.
Telefon- (994 12) 498 09 83 .
Köhnə versiyamızdan xəbərləri izlə