Ən son xəbərlər
"Moskva restavrasiyası - 2019" mədəni irs obyektlərinin qorunması və təbliği sahəsində ən yaxşı layihə müsabiqəsi artıq 9-cu dəfədir keçirilir. Bu il təşkilatçıya 48 obyekt üzrə 96 ərizə daxil olub.
Heydər Əliyev Fondu Moskva hökumətinin “Moskva restavrasiyası - 2019” müsabiqəsinin xüsusi mükafatına layiq görülüb. Bu mükafat fonda Rusiya paytaxtındakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirinin yüksək səviyyədə təşkilinə görə təqdim edilib.
Mükafatı Moskva şəhərinin meri Sergey Sobyanin təqdim edib.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə