Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əminə Dilbazi 100 illiyində Torontoda anıldı

Kanadada fəaliyyət göstərən Azerbaijani Women’s Support Centre North York Civic Centre-də Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Paşa qızı Dilbazinin anadan olmasının 100 illiyi ilə əlaqədar xatirə gecəsi təşkil etdi.

AWSC-nin idarə heyətinin üzvü Minira Babayeva və Könül Qurbanova Əminə Dilbazinin Azərbaycan rəqs sənətindəki rolu və çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlərini vurğuladı. 

Tədbirdə tarixçi Fatimə Quliyeva Əminə Dilbazinin həyatı ilə yanaşı Dilbazi nəslinin tarixi və onların Azərbaycanın müstəqilliyi ugrundakı mübarizəsi haqda ətraflı məlumat verdi. 

Əminə Dilbazinin tələbəsi Qəmər xanım Peyğəmbəri isə sənətkarın uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirməsindən, fitri istedadı və bənzərsiz ifaçılıq imkanlarından danışdı. Qəmər xanım bildirdi ki, Əminə Dilbazinin sayəsində Azərbaycan xalq rəqslərinin qiymətli nümunələri yeni çalarlar qazandı. 

Tədbirdə iştirak edən Əminə xanımın oğlu, tanınmış dirijor İsmayıl Hacıyev başda Dr. Nazilə İsgəndərova olmaqla AWSC-yə təşəkkürünü bildirdi. O, bildirdi ki, Əminə xanımın özünəməxsus orijinal ifa tərzi vardı. Xalq rəqslərimizin zənginləşməsi üçün həyatını rəqslərimzin araşdırılmasına və tədrisinə həsr edən Əminə Dilbazi rəngarəng repertuarları ilə yaddaşlarda qaldı. Qəmər xanəm bildirdi ki, Əminə xanım eyni zamanda, dünya xalqlarının rəqslərinə də geniş yer ayırmışdı. Əminə Dilbazinin mötəbər beynəlxalq müsabiqə və festivallarda Azərbaycan rəqslərini uğurla tanıtdırmışdı. 

Tədbirdə “Dalğa” musiqi qrupu (Əliheydər Mirzəyev, Əkbər Məcidov, Davud Ağabaleyi, Əhəd Məmmədov və Əhməd Ağdamə) və Yusif Savalan ifalari ilə, Qəmər xanım, Ayaz ve Dəniz Hadıtalıb rəqsləri ilə iştirakçılara unudulmaz anlar yaşatdılar. 

 

İsmayıl Hacıyev,
"İpək Yolu" Niaqara Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru

6 Dekabr 2019 15:03 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə