Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dekabrın 5-də gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Dekabrın 5-də havanın buludlu olacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.  

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi  769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət  70-80 faiz olacaq. 

Azərbaycanın rayonlarında

Dekabrın 5-də  arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı  gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə  0-4, gündüz  5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz  0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 5-də Abşeron yarımadasında şimal-qərb küləyinin güclənməsi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

4 Dekabr 2019 16:25 - EKOLOGİYA
EKOLOGİYA
26 Yanvar 2022 | 17:50
Sabahın HAVA PROQNOZU
25 Yanvar 2022 | 17:57
Sabahın HAVA PROQNOZU
24 Yanvar 2022 | 17:51
Sabahın HAVA PROQNOZU
21 Yanvar 2022 | 17:55
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə