Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda çağırışçı hərbi xidmətdən yayınmaq üçün intihar edib

Ermənistanda baş verən intihar hadisəsi ictimaiyyət arasında böyük rezonans doğurub.
Trend-in erməni saytlarına istinadən verdiyi məlumata görə, işğalçı orduda baş alıb gedən özbaşınalıq və qanunsuzluqlar səbəbindən xidmətdən imtina etmək üçün ermənistanlı gənclər hər yola əl atırlar.
İşğal altında olan Dağlıq Qarabağda yerləşdirilən hərbi hissələrdən birində xidmət edəcəyini öyrənən Ermənistanın Ararat vilayətinin Nor Xarberd kəndinin 28 yaşlı sakini Arman adlı şəxs isə çıxış yolunu intiharda görüb.
Məlumatda bildirilir ki, 28 yaşlı Arman Artaşat magistralı yaxınlığında özünü ağacdan asaraq həyatına son qoyub.
Xəbərdə özünü öldürən Armanın cibindən məktub tapılıdığı və orada intihara təşəbbüsün hərbi xidmətə Qarabağa göndərilməsinin səbəb olduğunun yazıldığı bildirilir.
Ölüm faktı ilə bağlı araşdırma davam edir.

19 Sentyabr 2018 01:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə