Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti niyə aşağı düşür?

Dünyada gedən ticarət müharibəsi, xüsusilə, ABŞ prezidenti Donald Trampın Çin mallarına 200 milyard dollar rüsum qoyacağı barədə qərar qəbul edəcəyi barədə məlumatların yayılması dünya bazarında istər-istəməz “qara qızıl”ın qiymətinə də təsir edib.
Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin bir barreli 77,61, ­Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir barreli 68,67, Azərbaycanın “AzeriLight” markalı neftinin bir barreli 79,12 dollar olub.
Təhlilçilər bildiriblər ki, ABŞ-ın digər dövlətlərlə ticarət müharibəsi uzun çəkməyəcək. İqtisadi həcm müəyyən müddətdən sonra dayanacaq. “Qara qızıl”ın qiyməti isə digər məhsullara nisbətən ticarət müharibəsi gərginliyinə baxmayaraq, son aylarda artmaqda davam edib.
Ekspertlər bu qənaətə gəliblər ki, neftin qiyməti yenə də artacaq.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

19 Sentyabr 2018 01:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə