Ən son xəbərlər
Azərbaycanın qadınlardan ibarət milli voleybol komandasının Yaponiyada dünya çempionatında çıxış edəcəyi heyət artıq məlumdur. Çempionatda ölkəmizin şərəfini Natalya Məmmədova, Polina Rəhimova, Alyona Həsənova, Anastasiya Qurbanova, Yelizaveta Səmədova və başqaları qoruyacaqlar.
Sentyabrın 29-da başlanıb üç həftə davam edəcək turnirin ilkin mərhələsində Azərbaycan voleybolçuları Rusiya, ABŞ, Tailand, Cənubi Koreya, Trinidad və Tobaqo komandaları ilə bir qrupda çıxış edəcəklər. Komandamız mundiala sentyabın 29-da ABŞ yığmasına qarşı görüşlə başlayacaq.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə