Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskva Dövlət Universiteti Bakı filialının tələbələri MEK-də

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının Kimya fakültəsinin rəhbəri Tatyana Bogatova və 1-ci kurs tələbələri AMEA Mərkəzi Elmi Kitabxanasına ekskursiya ediblər.  Bu barədə AMEA Mərkəzi Elmi kitabxananın beynəlxalq və ictimaiyyətlə əlaəqlər şöbəsindən bildirilib.

Tələbələr ekskursiyaya kitabxananın oxucuların qeydiyyatı bölməsindən başlayıblar. Sonra ziyarətçilər Sərgi salonunda Bakının erməni daşnak-rus bolşevik işğalından azad olunmasının 100 illiyinə həsr olunan, o cümlədən “Azərbaycan Xalq Cümhuriyyəti - 100”, “Heydər Əliyev - 95” və digər mövzularda nümayiş olunan kitablarla tanış olublar. Qonaqlar MEK-in Diplomatik fondunu, nadir kitab fondunu, oxu zallarını da gəziblər, kitabxana haqqında ətraflı məlumat alıblar.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

18 Sentyabr 2018 14:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə