Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Üzeyir Hacıbəylinin şəxsi arxivinin təsviri çapdan çıxıb

“Elm” nəşriyyatı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivinin təsvirini çap edib.

www.science.gov.az saytı yazır ki, arxivdə Ü.Hacıbəylinin tərcümeyi-halı, şəxsi sənədləri, notları və musiqi nəzəriyyəsi barədə tədqiqatlarının əlyazmaları, məktubları, ictimai fəaliyyəti ilə bağlı sənədlər və s. haqqında məlumatlar əksini tapıb. Bu materialları filologiya üzrə fəlsəfə doktoru, mərhum tədqiqatçı Elmira Əlibəyli, elmi işçi Aytən İmanova təsvir ediblər.

Kitabın elmi redaktoru Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmlər doktoru Paşa Kərimovdur.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

18 Sentyabr 2018 10:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə