Ən son xəbərlər
“Maqhum” qasırğası Çinin cənubunda iki nəfərin həyatına son qoyub. Daha 400 nəfər xəsarət alıb.
Sakit okean siklonu olan “Maqhum” son 10 ilin ən güclü və dağıdıcı qasırğasıdır. Hazırda Çinin cənubunda küləyin sürəti saniyədə 45 metrə çatır. Güclü yağış yağır.
Nəqliyyatın hərəkəti dayandırılıb. Təhlükəli ərazilərdən 2,5 milyon nəfər evakuasiya edilib.
Hazırda “Maqhum” tufanı şimala doğru hərəkət edir.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə