Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

London meri ikinci referendumun tərəfdarıdır

Londonun meri Sadiq Xan Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı ikinci referendumun keçirilməsinə dair çağırış edib. Bu barədə “Euronews” agentliyi məlumat yayıb.
Mənbə yazır ki, o, ölkənin Aİ-dən çıxması ilə bağlı ikinci referendumun keçirilməsinin tərəfdarıdır. Hökumətin “Breksit”lə bağlı Brüssellə apardığı danışıqları tənqid edən mer deyib ki, son sözü britaniyalılar deməlidir. 
Onun sözlərinə görə hazırda elə vəziyyət yaranıb ki, “Breksit” danışıqları ya pis razılaşma ilə nəticələnəcək, ya da ümumiyyətlə, heç bir razılaşma əldə olunmadan başa çatacaq. S.Xanın fikrincə, hər iki variant Londona, ümumilikdə, Britaniyaya ciddi zərər vuracaq. O bildirib ki, britaniyalılar “Breksit” danışıqlarının nəticələri, o cümlədən Aİ-də qalmaq ehtimalı ilə bağlı öz sözünü deməlidir. 
Qeyd edək ki, Baş nazir Tereza Mey “Breksit”ə dair ikinci referendumun keçirilməyəcəyini dəfələrlə bəyan edib. Hökumət başçısı bunun demokratiyaya xəyanət olacağını bildirib. 

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

17 Sentyabr 2018 21:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə