Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ən güclü smartfon “iPhone XS”dir

“İz.ru” saytının məlumatına görə, mobil qurğuların məhsuldarlığını qiymətləndirən “AnTuTu” şirkəti “Apple”in yeni “iPhone XS” smartfonu üzərində sınaq testləri keçirib.
Bildirilir ki, “A12 Bionic” prosessoru ilə təchiz olunmuş sözügedən qurğu smartfonlar arasında rekord 363 min bal toplayaraq birinci yeri tutub. 
Mütəxəssislər qeyd edirlər ki, yeni qurğu “Snapdragon 845” çipseti ilə işləyən əksər qabaqcıl “Android” qurğularını geridə qoymağa müvəffəq olub. “Android” sisteminin idarəetməsi altında işləyən qurğuların göstəriciləri təxminən 290 min bal təşkil edib. “iPhone XS” aparatı 7 nanometrlik texnoloji proses üzrə hazırlanmış prosessor sayəsində mobil bazarda ən güclü smartfon adına layiq görülüb.
 

Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

17 Sentyabr 2018 21:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə