Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MEK-də SİNAM şirkətinin nümayəndələri təlim keçdi

SİNAM MMC-nin nümayəndələri AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) proqramlaşdırma, mühasibat və insan resursları üzrə mütəxəssislərinə “Büdcə Təşkilatları üçün Maliyyə və Mühasibatlıq Hesabatları”nın (BTMMH) tətbiqi barədə təlim keçiblər. Bu barədə AMEA Mərkəzi Elmi Kitabxanasının beynəlxalq və ictimaiyyətlə əlaqələrindən məlumat verilib. Bildirilir ki, təlimdə məqsəd mühasibat uçotunun yüksək səviyyədə aparılmasını, maliyyə və digər hesabatların tərtib edilməsinin avtomatlaşdırılmasını dünya standartlarına və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmasına yardım göstərməkdir.

Qeyd edək ki, Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Korparativ və  Büdcə Sektorlarında Hesabatlılıq” layihəsi çərcivəsində büdcə təşkilatlarında, o cümlədən AMEA MEK-də BTMMH avtomatlaşdırılmış informasiya sistemi tətbiq olunur. Sistemin tətbiqi büdcədən maliyyəşən təşkilatlarda mühasibat uçotunun beynəlxalq və milli standartlara əsaslanan vahid prinsip üzərində qurulmasını və hesabatların standartlara uyğun tərtib olunmasını, o cümlədən maliyyə hesabatlarının avtomatik rejimdə formalaşmasını təmin edəcək. Sistemi layihə çərcivəsində SİNAM MMC və Maliyyə Nazirliyinin müvafiq işçi qrupu hazırlayıb. BTMMH layihəsi çərcivəsindəki avtomatlaşdırılmış informasiya sistemləri MEK-in hazırda tətbiq etdiyi Vahid İdarəetmə Sisteminə uyğundur.

 

Əfsanə BAYRAMQIZI,
 “Xalq qəzeti”

17 Sentyabr 2018 16:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə