Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İndoneziya mediası Bakıda keçirilmiş III İndoneziya Mədəniyyət Festivalından yazır

Bakıda keçirilmiş  III İndoneziya Mədəniyyət Festivalı Azərbaycan və İndoneziya arasında qarşılıqlı əməkdaşlığın gələcəkdə güclənməsinə təsir edəcək.

Bu barədə sözügedən festivalı işıqlandırmış İndoneziyanın tempo.co saytı bildirib. “Festival İndoneziya və Azərbaycan arasında əməkdaşlığı gücləndirir” sərlövhəli məqalədə iki ölkə arasında əlaqələrə toxunulur. Bildirilir ki, festivalın məqsədi İndoneziyanın potensialını və məhsullarını xaricdə, o cümlədən Azərbaycanda tanıtmaqdır.

Tədbirdə çıxış etmiş İndoneziyanın Təhsil və Mədəniyyət naziri Mühacir Əfəndi iki ölkə arasında əlaqələrdən danışıb: “Festival İndoneziya və Azərbaycan arasında təkcə mədəniyyət sahəsində deyil, eyni zamanda təhsil sahəsində, indoneziya dilinin Azərbaycan ali məktəblərində öyrənilməsi və iqtisadiyyat sahəsində  əməkdaşlığın göstəricisidir.”

İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani çıxışında bildirib ki, festival Azərbaycan xalqına İndoneziya haqqında müsbət  rəy yaradır və sübut edir ki, İndenoziya Cənubi Qafqaz ölkələrindən birində getdikcə daha çox tanınır. “İndoneziya Mədəniyyət Festivalı sübut edir ki, biz İndoneziyanın inkişaf sektorlarını mədəniyyət və iqtisadiyyat başda olmaqla, inkişaf etdirmək, İndoneziya və Azərbaycan arasında diplomatik əlaqələri gücləndirmək istəyirik.”—deyə səfir əlavə edib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

17 Sentyabr 2018 16:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə