Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekspert: Yerevan loyallıq və vassallığını baha qiymətə satmağa çalışır

Yerevan dostluq adlandırdığı loyallıq və vassallığını baha qiymətə satmağa çalışır.Bunu Trend və "Azernews"a müsahibəsində “PolitRUSekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov deyib.

Ekspert qeyd edib ki, Yerevanın yönünü Moskvadan Vaşinqtona dəyişməsi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də təsir göstərəcək:

“Qərb əvvəl də münaqişənin həlli prosesində iştirak edib, amma məhz Rusiya münaqişə tərəflərinin maraqlarını tam nəzərə alan real plan təklif edib. Planın tətbiq olunmasını Ermənistan tərəfi həlli mümkünsüz olan şərtlər irəli sürməklə ləngidirdi. Hazırda Yerevan öz loyallığını və vassallığını daha baha qiymətə satmağa çalışır”.

Onun sözlərinə görə, aydındır ki, Ermənistan hakimiyyəti Moskvanı şantaj edir, ən azından buna cəhd göstərir.

V.Arkov əlavə edib ki, Nikol Paşinyanın qondarma “Dağlıq Qarabağ Respublikası”nın Ermənistanın tərkibinə qatılması barədə açıqlamasını Rusiyaya şantaj kimi dəyərləndirmək olar.

 

17 Sentyabr 2018 16:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə