Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dabaq xəstəliyinə qarşı təkrar profilaktik peyvəndləmə tədbirləri aparılır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Bayandur Rzayev Samux rayonunda heyvanların dabaq xəstəliyinə qarşı aparılan təkrar profilaktik peyvəndləmə işləri ilə tanış olub. Samux rayonunda “Həppi” ətlik-südlük heyvandarlıq təsərrüfatına gələn xidmət rəisi heyvanların saxlama, yemləmə şəraiti və müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərini, dabaq xəstəliyinə qarşı aparılan təkrar profilaktik peyvəndləmə tədbirini izləyib.

Xidmət rəisinə təsərrüfatda görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, təsərrüfat 2013-cü ildə “Aqrolizinq” ASC vasitəsilə ilkin olaraq gətirilmiş “Holstein Friesian” cinsindən olan inəklərin alınması ilə yaradılıb. Hazırda təsərrüfatda 140 ətlik-südlük heyvan saxlanılır. Təsərrüfatın tərkibinə 300 başlıq ferma binaları, doğum, sağım və buzovluq bölmələri, yem istehsalı sahəsi, əkinçilik təsərrüfatı və digər köməkçi sahələr daxildir.

Təsərrüfatda istehsal edilən ekoloji təmiz ət, süd və süd məhsulları təsərrüfata məxsus mağazada satışa çıxarılır və alıcılara təqdim olunur. Hazırda təsərrüfatda 9 nəfər işlə təmin olunub. Gələcəkdə iş yerlərinin sayının 25-ə çatdırılması nəzərdə tutulub.

Bayandur Rzayev təsərrüfat sahibinin müraciətini, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib, eləcə də baytar həkiminin iştirakı və tövsiyəsi olmadan heyvanlar üzərində özbaşına müalicə, peyvəndləmə və profilaktik tədbirlərinin aparılmasının yolverilməz olduğunu qeyd edib.

Görüşdə xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri barədə məlumat verilib və hazırda respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə müvafiq tədbirlər görüldüyü bildirilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

17 Sentyabr 2018 15:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə