Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kubanın ölkəmizdəki səfiri AMEA-nın Yüksək Texnologiyalar Parkında olub

Kuba Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondonun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olub. 

www.science.gov.az saytının məlumatına görə,  “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru, i.ü.f.d. Nazim Şükürovla görüşdə qonaqlara YT Parkın yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, AMEA YT Park elm, texnologiya və innovasiya vasitəsilə ilə milli iqtisadi inkişafa töhfə verməyi qarşısına məqsəd qoyub və qurumun ərazisi xüsusi iqtisadi zona olmaqla vergilərdən azaddır. Bundan əlavə, milli innovasiya sistemini genişləndirməyi və bu sahəyə investisya axınını gücləndirməyi hədəf alaraq uğurlu layihələrin həyata keçirilməsini dəstəkləyir.

Kubanın ölkəmizdəki səfiri öncə səmimi qəbula görə minnətdarlığını bildirib. O, respublikalarımız arasındakı diplomatik əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirib ki, Kubada da texnoparklar xüsusi əhəmiyyət kəsb edir və dövlət tərəfindən dəstəklənir. Qonaq Kubanın aparıcı şirkətləri "Biokubafarma" və "Labiofan"ın fəaliyyətindən geniş bəhs edib.

Görüşdə, həmçinin ölkələrimizin texnoparkları arasında əlaqələrin genişləndirilməsi, kadr mübadiləsi və qarşılıqlı səfərlərin təşkilinin vacibliyi vurğulanıb.

Daha sonra nümayəndə heyəti ərazidə fəaliyyət göstərən rezidentlərin istehsal sahələri və hazır məhsul anbarları ilə tanış olub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

17 Sentyabr 2018 15:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə