Ən son xəbərlər
Biz Azərbaycan idmançılarının Sofiyada gənclər arasında cüdo üzrə Avropa çempionatının ilk iki günündə beş medal qazanmaları haqqında məlumat vermişdik. Bolqarıstan paytaxtında yarışın sonuncu günü daha bir təmsilçimiz çıxışlarını fəxri kürsüdə başa vurmuşdur. Adil Kərimli 100 kq çəki dərəcəsində üçüncü yeri tutmuşdur.
Nəticədə gənc cüdoçularımız 42 ölkə nümayəndələrinin iştirak etdiyi Avropa çempionatında 6 medala – 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib olmuşlar.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə