Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hərbi Dəniz Qüvvələrində Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

“İnnovativ Təşəbbüslər” İctimai Birliyinin təşəbbüsü, Müdafiə və Təhsil Nazirliklərinin dəstəyi ilə Hərbi Dəniz Qüvvələrində 15 sentyabrBakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə Müdafiə və Təhsil Nazirliklərinin, “İnnovativ Təşəbbüslər” İctimai Birliyinin nümayəndələri, şəhid, hərbçi və aztəminatlı ailələrin övladları, istedadlı şagirdlər və valideynlər iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin nümayəndəsi Zümrüd Səmədova, “İnnovativ Təşəbbüslər” İctimai Birliyinin sədri Əşrəf Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi, tarixçi Rizvan Hüseynov çıxış edərək Bakının azad edilməsinin müstəqil dövlətçiliyimizin tarixindəki əhəmiyyətindən danışıblar.

Çıxış edənlər Bakının azad olunması üçün keçirlən hərbi əməliyyatlarda yüzlərlə türk əsgərinin şəhid olduğunu, müxtəlif rayonlarda türk şəhidlərinin məzarlarının indi də ehtiramlarla əhatələndiyini, Bakıdakı Şəhidlər Xiyabanında da türk əsgərlərinin xatirəsinə abidə kompleksinin ucaldıldığını bildirdilər.

 

17 Sentyabr 2018 15:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə