Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMW Çində 139 min avtomobilini geri çağırır

Almaniyanın BMW şirkəti kondisiyalaşdırma sistemində ehtimal olunan nasazlıq səbəbindən Çində 139 min avtomobilini geri çağırır.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, geri çağırma Çində istehsal olunan və ya 2005-ci ildən 2011-ci ilə qədər idxal edilən bəzi "3-series" modellərinə aid olacaq.

Şirkət sistemi yoxlayacaq və zərurət yaranacağı təqdirdə nasaz detalları dəyişəcək.

Avtomobil istehsalçısı hələ ki, rəsmi olaraq bu məlumatı şərh etməyib.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

17 Sentyabr 2018 14:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə