Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının növbədənkənar iclası keçirildi

Milli Kitabxanada Mədəniyyət Nazirliyinin Həmkarlar İttifaqının növbədənkənar iclası keçirildi. İclasda mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edirdi.

İclası mədəniyyət nazirinin müşaviri Yaşar Əliyev açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi.

İclasda çıxış edən Vüqar Şixəmmədov ona göstərilən etimada görə hər kəsə öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, bundan sonra da həmkarlar ittifaqı olaraq əməkdaşların hüquqlarının müdafiəsi, onların asudə vaxtlarının daha səmərəli təşkili üçün çalışacaqlar.

İclasın yekununda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev həmkarlar ittifaqının işçilərin hüquqlarının qorunması, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasında əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, hər bir işçi öz hüquqlarını bilməli, mövcud qaydaların tənzimlənməsindən xəbərdar olmalıdır: “Həmkarlar ittifaqı kimi işçilərin fikirlərini ifadə edən belə bir qurumun fəaliyyətinin daha da gücləndirilməsi bizim üçün olduqca vacibdir. İnanıram ki, yeni seçilmiş tərkiblə yeni məsələlər, yeni ideyalar gündəmə gələcək. Kollektivdə sağlam mühitin saxlanılması, əməkdaşların asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün daha da artırılması istiqamətində önəmli işlər görüləcək. Çünki kollektivdə sağlam mühit hər zaman işin xeyrinə olur, iş prosesinə müsbət təsir göstərir. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi vacibdir”.

Əbülfəs Qarayev hər il nazirliyin kollektivinə gənclərin işə qəbul edildiyini vurğulayaraq bildirdi ki, təcrübəli kadrlarımız onların mədəniyyət sahəsini daha dərindən bilmələrinə yardımçı olmalı, öz təcrübələrini onlarla bölüşməlidirlər.

Nazir əməkdaşların işə davamiyyəti, nizam-intizam, daxil olmuş sənədlərin vaxtında həll olunması kimi məsələlərə daha da diqqətlə yanaşılmalı olduğunu bildirdi.

Əbülfəs  Qarayev mədəniyyət müəssisələrində təşkil olunan tədbirlərdə kollektiv iştirak, kollektivlər arasında idman yarışları, müsabiqələrin təşkil olunmasının vacibliyini də qeyd etdi.

 

M.MÜKƏRRƏMOĞLU,
”Xalq qəzeti”

 

17 Sentyabr 2018 12:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə