Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Kərimlinin xəbərdarlığı və ultimatumu

“Görkəmli hüquqşünas”, “millət fədaisi”, köhnə cəbhəkrat Əli Kərimli əvvəlcə “Mühacir TV” yə müsahibəsində  öz tərəfdaşlarına müraciət edərək bildirdi ki, onlar mitinqdə, piketlərdə  təxribata uymasınlar. Ondan müsahibə götürən, Azərbaycana dəfələrlə siyasi aksiya yeritməkdə “usta” olan Qənimət Zahidin suallarını cavablandıran AXCP sədri 8 oktyabr piketindən danışdı. Maraqlıdır piketə gəlməyən cəbhəkrat görmədiyi mənzərəni necə danışa bilər. “Görkəmli hüquqşünas “ öz sadiq köməkçisi Gültəkin Hacıbəyli ilə sosial şəbəkələr vasitəsi ilə tərəfdaşlarını yürüşə dəvət etsə də, nə özü, nə də köməkçisi gözə dəymədi və qanuna zidd hərəkətlər etdi. Əvəzində polisləri günahlandırdı. Güya şəhərin mərkəzindəki zibilqabını mülki geyimli polis işçiləri dağıdıb və təxribat törətmək istəyiblər. Əslində isə radikal fikir və arzularla yaşayan Əli Kərimli sabitliyi pozmaq,iğtişaş yaratmaq istəsə də, onun bu məkrli planı həyata keçmədi.

“Osmanqızı TV” yə verdiyi müsahibə isə müsahibədən çox ultimatuma bənzəyirdi.  Köhnə cəbhəkrat bildirdi ki, əgər hakimiyyət  oktyabrın 19-da şəhərin mərkəzində mitinqə icazə verməsə, onda mitinq metronun “28 May” stansiyasının qarşısında keçiriləcək. Əli Kərimli bildirdi ki, onlar  sərbəst toplaşmaq haqqında konstision hüquqlarını,insan haqlarını,seçki islahatını tələb edəcəklər.

Qeyd edək ki, Sərbəst toplaşmaq haqqında qanunu Əli Kərimli hələ 1993-cü ildə pozub. “AXC-Müsavat” hakimiyyəti dövründə xalqı sərbəst toplaşmağa qoymayan o zamanlar dövlət katibi işləyən cəbhəkrat Əli Kərimli, Ali Sovetin sədri postunu tutan İsa Qəmbər və digərləri idi. Yeni Azərbaycan Partiyasının icazəli mitinqini dağıdan, insan haqlarını tapdalayan, jurnalistləri döydürən kim idi ? Əlbəttə , cəbhəkrat Əli Kərimli və onun hakimyyətdə olan tərəfdarları. Öz müəllimləri Murtuz Ələsgərova ağır bədən xəsarəti yetirənlər kimlər idi? Əlbəttə, cəbhəkratlar. Hələ utanmaz-utanmaz Əli Kərimli deyirdi ki, xalqın 90 faizi də bizdən narazı olsa hakimiyyətdən getməyəcəyik. Onda bəs niyə getdiniz?!

Bir sözlə, Əli Kərimli deyir ki, o hüquqşünasdır və hər şeyi əla bilir. Düzdür hər şeyi əla bilir, lakin sabitliyi, əmin-amanlığı poza bilmir və poza bilməyəcək də.

 

Qəzənfər QASIMOV,
”Xalq qəzeti”

15 Oktyabr 2019 17:43 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə