Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Məşğulluq Xidmətinin növbəti zona müşavirəsi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən növbəti zona müşavirəsi Sumqayıt şəhərində keçirilib.

Dövlət Məşğulluq Xidmətinin, Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzinin nümayəndələri və 27 rayonun məşğulluq mərkəzlərinin direktorları iştirak etdiyi müşavirədə məşğulluğa dair yeni qəbul olunmuş normativ-hüquqi sənədlərin icrası sahəsində aparılan işlərdən bəhs olunub. İşsiz və işaxtaran şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb olunması sahəsində görülən işlərin gücləndirilməsinin qarşıda duran əsas vəzifələrdən olduğu vurğulanıb. Bu işlər, habelə sığorta ödənişlərinin təyin edilməsi, Fərdi məşğulluq proqramlarının tərtib olunması və Məşğulluq Altsisteminin (MAS) fəaliyyəti ilə əlaqədar zəruri metodiki tövsiyələr verilib.     

Müşavirədə peşə hazırlığı kurslarının təşkili sahəsində Heydər Əliyev Mərkəzləri, Gənclər Evi--Gənclər Mərkəzləri ilə əməkdaşlıq edilməsinin mühüm önəmi qeyd edilib. Peşəyönümü işinin səmərəliliyinin artırılması və işsiz şəxslərin digər aktiv məşğulluq tədbirlərinə cəlb olunması ilə bağlı məsələlər müzakirə olunub. Məşğulluq Alt Sisteminin fəaliyyəti barədə təqdimatlar edilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 Oktyabr 2019 12:21 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə